09/05/2021
12:57
2579
| A A A
Sçesnı Bundesliqa nəhənginin hədəfində

Juventus-un futbolçusu Voyçex Şçesnı karyerasını Almaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, 31 yaşlı qapıçı ilə Borussia Dortmund yaxından maraqlanır. Bundesliqa klubunun nümayəndələri mövsümün sonunda Şçesnı və Juventus-la danışıqlara başlayacaq.

Juventus Milan-ın qapıçısı Canluici Donnarummanı transfer etmək niyyətindədir. Turin təmsilçisi bu səbəbdən polşalı qapıçısını satmağa hazırdır.

Qeyd edək ki, Juventus-la müqaviləsi 2024-cü ilin yayına qədər olan Şçesnı bu mövsüm A Seriyasında 27 oyuna çıxıb.