09/05/2021
16:23
2715
| A A A
Manchester United 17 yaşlı futbolçu üçün 90 milyon verir

Manchester United Borussia Dortmund-un futbolçusu Cud Bellinqhem üçün yeni təklif etməyə hazırlaşır.

Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" yayda Bellinqhem almaq üçün qarşı tərəfə 90 milyon avro təklif edəcək. Borussia isə 17 yaşlı yarımmüdafiəçini satmaq istəmir.

Qeyd edək ki, Bellinqhem bu mövsüm Bundesliqada 27 matçda 1 qol vurub və 3 qolun ötürməsini verib.