12/05/2021
12:56
3428
| A A A
Ayaz Quliyevin yeni klubu bilindi

Rusiyanın “Spartak” klubundan ayrılan Ayaz Quliyevin yeni ünvanı bəlli olub.

Goal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını bu ölkənin “Rostov” komandasında davam etdirəcək.

Bu barədə “RB Sport” portalı məlumat yayıb. Ayazın azad agent kimi “Rostov”a keçəcəyi bildirilir.

Ayaz 2019-cu ilin yanvarından “Spartak”da çıxış edirdi. 24 yaşlı futbolçu bu mövsüm Moskva klubu ilə rəsmi oyuna çıxmayıb.

Quliyev daha əvvəl 2018/19 mövsümündə “Rostov”da çıxış edib.