14/05/2021
12:53
5318
| A A A
Aqueronun yeni klubu müəyyənləşdi

Manchester City-dən ayrılacağı dəqiqləşən Serxio Aqueronun yeni klubu bəlli olub.

Goal.az xəbər verir ki, 33 yaşlı hücumçu Barcelona ilə anlaşıb.

Argentinalı oyunçunun transferi Manchester City və Chelsea komandaları arasında keçiriləcək Çempionlar Liqasının finalından sonra açıqlanacaq. Oyun mayın 29-da Portuqaliyanın Portu şəhərindəki Draqau stadionunda olacaq.

Aquero Kataloniya təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən Manchester City-də çıxış edir.