20/05/2021
16:33
6585
| A A A
Atalanta-nın futbolçusu top klubların hədəfində

Atalanta-nın futbolçusu Ruslan Malinovski yayda klubunu dəyişə bilər.

Goal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə İngiltərənin Chelsea, Fransanın PSG və İtaliyanın İnter klubu yaxından maraqlanır.“

Atalanta ukraynalı futbolçu üçün azı 21 milyon avro tələb edir. Klublar yayda Berqamo təmsilçisi ilə danışıqlara başlayacaqlar.

Malinovski bu mövsüm İtaliya A Seriyasında 8 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi Ukrayna milli komandasının da üzvüdür.