21/05/2021
12:55
9032
| A A A
Juventus Ronaldonun əvəzləyicisini tapdı

Barcelona-nın futbolçusu Antuan Qrizmann bu yay Juventus-a keçə bilər.

Goal.az xəbər verir ki, Turin klubu fransalı hücumçuya komandanı tərk edəcəyi gözlənilən Kriştiano Ronaldonun əvəzləyicisi kimi baxır.

Juventus-un maliyyə problemləri ilə üzləşməsinə görə, Qrizmannın bu kluba satınalma şərtilə icarəyə veriləcəyi daha real görünür.

Barcelona-nın hücumçular Serxio Aquero və Memfis Depayla razılaşmasını nəzərə alsaq, Qrizmannın gedişi komandaya təsir etməyəcək.

Qeyd edək ki, Qrizmann bu mövsüm La Liqada 35 oyuna 12 qol vurub, 7 qol ötürməsi edib.