21/05/2021
15:51
6496
| A A A
Barcelona-dan Arsenal-a

Barcelona-nın futbolçusu Neto karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Goal.az xəbər verir ki, 31 yaşlı qapıçı Arsenal-a keçə bilər. Neto Barcelona-da oyun praktikasının azlığından şikayətçidir və yayda klubdan ayrılacaq.

Arsenal braziliyalı qapıçının transferi üçün Barcelona-nın nümayəndələri ilə danışıqlara başlayacaq.

2019-cu ilin yayından Barcelona-da çıxış edən Neto bu mövsüm 11 oyuna çıxıb. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.