29/05/2021
14:28
3246
| A A A
Milan-dan Liverpool-a

Milan-ın futbolçusu Hakan Çalhanoğlu karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə Liverpool klubu maraqlanır. Liverpool-un Hakana hələ rəsmi təklifi olmayıb.

Mersisayd təmsilçisi Milan-la müqaviləsi mövsümün sonuna qədər olan Hakanı azad agent kimi heyətinə qatmaq niyyətindədir.