29/05/2021
16:35
4297
| A A A
Barcelona Koutinyo ilə bağlı qərarını verdi

Barcelona futbolçusu Felipe Koutinyonu satmaq qərarına gəlib.

Goal.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Klub büdcəsində yaranan problemləri aradan qaldırmaq və heyətinə yeni oyunçular qatmaq istəyir. Buna görə də Barcelona 28 yaşlı yarımmüdafiəçini satmaq qərarına gəlib.

Qeyd edək ki, Koutinyo başa çatan mövsümdə 12 matçda 2 qol vurub və 2 qolun ötürməsini verib.