31/05/2021
11:27
2175
| A A A
Manchester United-də yeni transfer

Manchester United heyətinə yeni qapıçı cəlb edir.

Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" sabiq qapıçısı Tomas Hitonla razılaşıb. 35 yaşlı qolkiperin gələn həftə tibbi müayinədən keçəcəyi və 2 illik müqaviləyə qol çəkəcəyi bildirilib.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2005-2010-cu illərdə Manchester United-in üzvü olub. Ancaq o dövrdə gənc olan qapıçı əsas heyətdə meydana çıxmayıb. Hiton son olaraq Aston Villa-da çıxış edib.