31/05/2021
14:52
1854
| A A A
Neftçi-nin futbolçusu Polşa klubuna keçə bilər

"Neftçi" klubunun futbolçusu Anton Krivotsyuk karyerasını Polşada davam etdirə bilər.

Goal.az xəbər verir ki, bu barədə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera tvitterdə yazıb.

Onun sözlərinə görə, Plotsk "Visla"sı 23 yaşlı müdafiəçinin transferini bitirməyə yaxındır.

Qeyd edək ki, Anton Krivotsyuk 2017-ci ildən "Neftçi"də çıxış edir. Azərbaycan millisinin də formasını geyinən oyunçu 2020/2021 mövsümündə komanda ilə Premyer Liqanın qalibi olub.

Xatırladaq ki, "Qarabağ"dan ayrılan Mahir Emrelinin Polşanın "Legiya" klubuna keçəcəyi gözlənilir.(report)