31/05/2021
17:40
4492
| A A A
Barcelona iki ulduzuyla yollarını ayırır

Barcelona-nın futbolçuları Serxio Buskets və Jordi Alba yayda klubu tərk edə bilərlər.

Goal.az xəbər verir ki, bu barədə TV3 kanalı məlumat yayıb. Xəbərdə, hər iki futbolçunun Barcelona-dan ayrılmaq haqda düşündüyü bildirilib.

Buskets və Alba yaxın zamanda klub rəhbərliyi ilə görüşərək, qərar verəcəklər.

Hər iki oyunçunun Barcelona ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.