01/06/2021
17:24
2809
| A A A
Dinamo-nun futbolçusu Chelsea-də

Ukrayna millisinin və Kiyev Dinamo-sunun futbolçusu İlya Zabarnıy İngiltərənin Chelsea klubuna keçməyə yaxındı.

Goal.az xəbər verir ki, "zadəganlar" 18 yaşlı mərkəz müdafiəçisini 12 milyon avroya almağa hazırlaşır.

Bu transferdə yığmanın baş məşqçisi və London komandasının keçmiş hücumçusu Andrey Şevçenko iştirak edir.

Qeyd edək ki, İlya Zabarnıy Kiyev Dinamo-sunun yetirməsidir. O, 2020/2021 mövsümündə 36 oyuna 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Zabarnıy Ukrayna millisində 2020-ci ilin oktyabrında debüt edib və indiyədək 6 oyuna çıxıb. (fanat)