02/06/2021
14:56
2715
| A A A
Barcelona icarədə olan futbolçusunu qaytardı

Barcelona Real Betis-ə icarəyə verdiyi Emerson Royalı geri qaytarıb.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi müqavilə ilə Kattaloniya klubuna məxsus olsa da, iki il icarə əsasında Sevilya təmsilçisində çıxış edib. La Liqa təmsilçisi braziliyalı oyunçunu geri qaytarmaq hüququndan istifadə edib.

Qeyd edək ki, 2019-cu ildə ölkəsinin Atletico Mineiro klubundan Barcelona-ya keçən Emerson Royal həmin il icarəyə verilib.