06/06/2021
21:38
2962
| A A A
Mata Türkiyə nəhənginin hədəfində

Manchester United-lə müqaviləsinin müddəti iyunun sonunda bitəcək Xuan Mata klubu tərk edə bilər.

Goal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə İtaliyanın Roma və Türkiyənin Galatasaray klubu maraqlanır.

Mata Manchester United-lə müqaviləsini yeniləməsə, gələcək sərfəli təklifləri dəyərləndirəcək.

İspan futbolçu son mövsümdə “qırmızı şeytanlar”la 18 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.