07/06/2021
14:27
4981
| A A A
Juventus Ronaldonun əvəzləyicisini tapdı

Juventus futbolçusu Kriştiano Ronaldonun əvəzləyicisini tapıb.

Goal.az xəbər verir ki, 36 yaşlı hücumçu Turin təmsilçisindən ayrılarsa, Juventus onun əvəzinə Manchester City-dən Qabriel Jesusu transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Jesus geridə qalan mövsümdə 42 matçda 14 qol vurub və 4 assist edib. Braziliyalı 24 yaşlı hücumçunun klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.