07/06/2021
17:22
3300
| A A A
Aston Villa rekord qiymətə oyunçu aldı

Aston Villa klubu heyətini gücləndirib.

Goal.az xəbər verir ki, Birmingem təmsilçisi Norwich City-nin yarımmüdafiəçisi Emiliano Buendianı heyətinə qatıb. Premyer Liqa klubu bu keçid üçün 46,5 milyon avro xərcləyib. Bu, Aston Villa-nın tarixində ən bahalı transfer olub.

Qeyd edək ki, Norwich City 24 yaşlı futbolçunu 2018-ci ildə Getafe-dən 1,5 milyon avroya transfer etmişdi.