07/06/2021
19:29
1547
| A A A
Leicester City-nin futbolçusu MLS-ə keçir

Leicester City ilə müqaviləsinin müddəti bitən Kristian Fuks karyerasını ABŞ-da davam etdirəcək.

Goal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi Sharlott klubu ilə razılaşıb. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fuks yeni klubu ilə bir illik müqavilə imzalayıb.

Avstriya milli komandasının sabiq üzvü olan Fuks 2015-ci ildən Leicester-də çıxış edirdi.