08/06/2021
18:40
3937
| A A A
Donnarummanın yeni klubu müəyyənləşir

Milan-dan ayrılan Canluici Donnarumma PSG keçməyə yaxındır.

Goal.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" səhifəsində yazıb. Onun Paris təmsilçisi ilə razılığa gəldiyi bildirilib. 22 yaşlı oyunçu yeni klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, Donnarumma ötən mövsüm Milan-da 48 matça çıxıb, 54 qol buraxıb və 15 oyuna qapısını toxunulmaz saxlayıb.