08/06/2021
20:56
3901
| A A A
Veynaldum məşhur klubla anlaşdı

Liverpool-la yollarını ayıran Corcinyo Veynaldum karyerasını Fransada davam etdirəcək.

Goal.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi PSG klubu ilə anlaşıb. Bu barədə italyan jurnalist Fabritsio Romano özünün tvitter səhifəsində məlumat yayıb. Xəbərdə, Veynaldumun PSG ilə üç illik müqavilə imzaladığı bildirilib.

Paris klubu 30 yaşlı yarımmüdafiəçinin keçidini yaxın zamanda rəsmən açıqlayacaq.

Veynaldumun adı İspaniyanın Barcelona klubu ilə də hallanırdı.