09/06/2021
11:28
2423
| A A A
Hamşik Türkiyə klubuna keçdi

Trabzonspor heyətinə yeni futbolçu cəlb edib.

Goal.az xəbər verir ki, Trabzon təmsilçisi Slovakiya millisinin üzvü Marek Hamşikin transferini həyata keçirib. 33 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubunda 17 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Hamşikin son klubu İsveç "Höteborq"u olub.