09/06/2021
22:38
2319
| A A A
Beşiktaş-dan ayrılan futbolçunun yeni klubu bilindi

Beşiktaş klubu ilə yollarını ayıran Vensan Abubakar karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Goal.az xəbər verir ki, 29 yaşlı hücumçu Al Nasr klubuna keçib. Bu barədə Ər Riyad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Abubakarla üç illik müqavilə imzalanıb.

Abubakar ötən mövsüm Beşiktaş-la 29 oyunda 16 qol vurub.