10/06/2021
11:51
3130
| A A A
Buffon məşhur kluba keçməkdən imtina etdi

Juventus-un sabiq qapıçısı Canluici Buffon Barcelona-nın təklifindən imtina edib.

Goal.az xəbər verir ki, Barcelona rəhbərliyi ona komandanın ikinci qapıçısı olmağı təklif edib, ancaq Buffon bundan imtina edib. O, mövsümün çox hissəsini ehtiyat oyunçular skamyasında keçirmək istəmir və özünə daha çox oyun vaxtı verə biləcək klub tapmağı nəzərdə tutur.

Xatırladaq ki, 43 yaşlı qapıçı 2020/2021 mövsümünün sonuna yaxın Juventus-u tərk edib və agent statusundadır.