10/06/2021
16:27
4137
| A A A
Borussia Dortmund-dan Manchester United-ə

Manchester United Borussia Dortmund-un futbolçusu Ceydon Sançonu transfer etməyə hazırlaşır.

Goal.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat yayıb. Tərəflər artıq müqavilənin şərtləri barədə razılığa gəliblər. 21 yaşlı yarımmüdafiəçi 2026-cı ilin yayınadək "qırmızı şeytanlar"da çıxış edəcək.

Daha əvvəl isə Almaniya klubunun Sanço üçün 95 milyon avro tələb etdiyi bildirilmişdi

Qeyd edək ki, Sanço başa çatan mövsüm Bundesliqada 26 matçda 8 qol vurub və 11 qolun ötürməsini verib.