11/06/2021
19:41
9368
| A A A
Real Madrid-dən Sevilla-ya

Sevilla Real Madrid-dən ayrılacağı gözlənilən Serxio Ramosu transfer etmək istəyir.

Goal.az xəbər verir ki, Əndəlüs təmsilçisi 35 yaşlı müdafiəçiyə 5 illik müqavilə təklif edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Ramos təklifi qəbul etsə, illik 7 milyon avro qazanacaq və karyerasını bitirdikdən sonra da Sevilla-da çalışacaq.

Sevilla-nın yetirməsi olan Ramos 2002-2005-ci illər aralığında bu klubda çıxış edib.

Qeyd edək ki, Ramosun Real-la müqaviləsi bu ayın sonuna qədərdir.