15/06/2021
12:27
2135
| A A A
Remzi karyerasıyla bağlı qərarını verdi

Juventus-un futbolçusu Aaron Remzi klubdan ayrılmaq istəyir.

Goal.az xəbər verir ki, o, Turin təmsilçisinin rəhbərliyinə qərarı barədə artıq məlumat verib. Juventus-un da 30 yaşlı yarımmüdafiəçini komandada saxlamağı düşünmədiyi vurğulanıb.

Qeyd edək ki, Remzi ötən mövsüm A seriyasında meydana çıxdığı 22 oyunda 2 qol vurub, 4 qolun ötürməsini verib.