17/06/2021
13:27
3214
| A A A
De Paul La Liqa nəhənginə keçir

Atletico Madrid heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Goal.az xəbər verir ki, Madrid təmsilçisi Udinese-dən yarımmüdafiəçi Rodriqo De Paulu transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Atletico argentinalı futbolçu və klubu ilə razılığa gəlib.

Madrid klubu Rodriqo üçün Udinese-yə 35 milyon avro ödəyəcək.

Hazırda Argentina yığmasının düşərgəsində olan 27 yaşlı futbolçu yaxın zamanda yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.