18/06/2021
12:53
6683
| A A A
Serxio Ramos İngiltərə yolunda

Real Madrid-dən ayrıldığını açıqlayan Serxio Ramos karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə Manchester City yaxından maraqlanır.

Ramosu “şəhərlilər”lə yanaşı, Manchester United və Fransadan PSG transfer etmək istəyir. Lakin ispan futbolçu üçün mübarizədə Manchester City bir addım öndədir.

Ramos yeni klubu ilə illik 12 milyon avro qazanacağı iki illik müqavilə imzalamaq niyyətindədir.