18/06/2021
18:42
3279
| A A A
Demba Banın yeni klubu müəyyənləşdi

Başakşehir-dən ayrılan Demba Banın yeni klubu müəyyənləşib.

Goal.az xəbər verir ki, 36 yaşlı hücumçu İsveçrə Superliqa təmsilçisi Lugano-ya transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. Seneqallı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Demba Ba ötən mövsüm Başakşehir-də meydana çıxdığı 37 matçda 9 qol vurub, 3 qolun ötürməsini verib.