18/06/2021
22:29
2351
| A A A
Fenerbahçe-dən Belçika klubuna

Fenerbahçe futbolçusu Mixael Freyi Belçikanın Royal Antwerp klubuna satıb.

Goal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı hücumçu Belçika klubu ilə üç illik müqavilə imzalayıb.

2018-ci ilin yayından Fenerbaçe-də çıxış edən Frey son mövsümü icarə əsasında Belçikanın Waasland-Beveren klubunda keçirmişdi.