19/06/2021
12:56
5238
| A A A
Roma-dan Real Madrid-ə

Real Madrid Roma-nın futbolçusu Leonardo Spinatsola ilə maraqlanır.

Goal.az xəbər verir ki, Madrid klubunun 28 yaşlı müdafiəçi üçün Roma-ya hələ rəsmi müraciət etmədiyi bildirilir.

Real futbolçusu Marselonun komandadan ayrılacağı halda, Spinatsola üçün rəsmi danışıqlara başlayacaq. İtaliya klubu müdafiəçini 30 milyon avroya satmağa razıdır.

Roma ilə müqaviləsi 2024-cü ilin yayına qədər olan Spinatsola İtaliya milli komandasının da üzvüdür.