19/06/2021
16:44
2505
| A A A
Chelsea-dən PSV-yə

Niderlandın PSV klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Erediviziya təmsilçisi Chelsea-dən Marko van Ginkeli transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

2013-cü ildən Chelsea-də çıxış edən futbolçu ötən mövsümü icarə əsasında PSV-də keçirib.