20/06/2021
16:31
3012
| A A A
Ajax-dan Shakhtar Donetsk-ə

Ukraynanın Shakhtar Donetsk klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Donetsk təmsilçisi Ajax-dan Lassina Traoreni transfer edib.

20 yaşlı hücumçu ilə beş illik müqavilə imzalanıb.

Shakhar Traore üçün Ajax-a 10 milyon avro ödəyib.

Burkino-Faso milli komandasının da üzvü olan hücumçu ötən mövsüm Ajax-la 29 oyunda 10 qol vurub, 9 məhsuldar ötürmə edib.