22/06/2021
22:16
4670
| A A A
Shakhtar Donetsk-də yeni transfer

Ukraynanın Shakhtar Donetsk klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Donetsk təmsilçisi İtaliya Sassuolo-sundan Marlonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı braziliyalı müdafiəçi ilə beş illik müqavilə imzalanıb.

2016-cı ildə Braziliyanın Fluminensr klubundan beş milyon avroya Barcelona-ya keçən Marlon Kataloniya təmsilçisinin əsas komandası ilə üç oyuna çıxıb. Müdafiəçi 2018-ci ildə Barcelona-dan Sassuolo-ya transfer olunub.