23/06/2021
13:26
1939
| A A A
Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçir

Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Ozan Can Kökçü Türkiyənin "Eyüpspor" klubu ilə anlaşıb.

Goal.az xəbər verir ki, 23 yaşlı hücumameylli yarımmüdafiəçi I liqaya yüksələn komanda ilə şəxsi müqaviləsinin bütün detallarını razılaşdırıb.

Türk əsilli oyunçu Bakı klubu ilə vidalaşdıqdan sonra İstanbul təmsilçisi ilə sözləşmə imzalayacaq.

Qeyd edək ki, Ozan Can Kökçünun "Sabah"la müqaviləsi 2023-cü ildə başa çatmalıdır. O, 2020/2021 mövsümünün ikinci yarısını icarə əsasında Niderlandın "Telstar" klubunda keçirib. Vinger daha əvvəl Türkiyədə "Bursaspor" və "Giresunspor" komandalarının formasını geyinib.