25/06/2021
11:28
4584
| A A A
Yusuf Yazıcı İtaliya nəhənginə keçir

Türkiyə milli komandasının futbolçusu Yusuf Yazıcı Fransa Lille-ini tərk edə bilər.

Goal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin transferində İtaliyanın Milan klubu maraqlıdır.

Fransa çempionu olmuş Lille-in rəhbərliyi Yazıcını 25 milyon avrodan yuxarı qiymətə satmağa hazırdır.

Qeyd edək ki, Yusuf Yazıcı 2020/2021 mövsümündə 42 oyuna 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, AVRO-2020-də Türkiyə millisinin hər 3 matçında forma geyinib.