10/07/2021
13:56
6379
| A A A
David Luiz Türkiyə klubuna keçir

Adana Demirspor klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Goal.az xəbər verir ki, yeni mövsümdə Super Liqada çıxış edəcək Adana təmsilçisi hazırda azad agent olan David Luizi heyətinə qatmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Adana Dəmirspor-un 34 yaşlı müdafiəçiyə iki illik müqavilə təklif etdiyi bildirilib. Luiz hələ qərarını verməyib.

Adana Demirspor daha əvvəl italyan hücumçu Mario Balotelli və mərakeşli yarımmüdafiəçi Yunes Belhanda ilə müqavilə imzalayıb.