15/07/2021
18:11
3692
| A A A
Real Madrid Varanla bağlı qərarını verdi

Real Madrid futbolçusu Rafael Varanla bağlı yekun qərarını verib.

Goal.az xəbər verir ki, Madrid təmsilçisi fransalı müdafiəçini satmaq qərarına gəlib. Bildirilir ki, Real 1 illik müqaviləsi qalan 28 yaşlı oyunçununu sataraq pul qazanmaq istəyir. Varanla Manchester United maraqlanır. "Qırmızı şeytanlar"ın bir neçə həftəyə bu transferi bitirəcəyi gözlənilir.

Qeyd edək ki, Varan 2011-ci ildən "kral klubu"nda oynayır.