20/07/2021
15:51
4421
| A A A
Ozan Kabak Premyer Liqa klubunun hədəfində

Leicester City Schalke-nin futbolçusu Ozan Kabakla maraqlanır.

Goal.az xəbər verir ki, “tülkülər” 21 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Leicester Ozan üçün Schalke-yə 9,5 milyon avro təklif edib. Almaniya klubu ingilislərin təklifini hələ cavablandırmayıb.

Schalke ilə müqaviləsi 2024-cü ilin yayına qədər olan Ozan, ötən mövsümü icarə əsasında İngiltərə Liverpool-unda keçirib.

Qeyd edək ki, Schalke yeni mövsümdə 2-ci Bundesliqada mübarizə aparacaq. Bu səbəbdən, Ozanın klubunu dəyişəcəyi gözlənilir.