20/07/2021
17:31
5158
| A A A
Varan Premyer Liqa nəhəngiylə razılaşdı

Real Madrid-in müdafiəçisi Rafael Varan Manchester United ilə anlaşmaq üzrədir.

Goal.Az xəbər verir ki, 28 yaşlı fransız futbolçu İngiltərə klubu ilə artıq şəxsi müqavilənin şərtləri barədə razılığa gəlib. Sözləşmə 2026-cı ilin yayına qədər nəzərdə tutulub və Varan ildə 12 milyon avro qazanacaq.

Qeyd edək ki, Varan 2011-ci ilin yayından Real Madird-də çıxış edir. Ötən mövsüm 41 matçda meydana çıxıb və 2 qolla yadda qalıb.