20/07/2021
23:47
3254
| A A A
Manchester City-də yeni transfer

Manchester City komandada icarə əsasında çıxış edən Skott Karsonu birdəfəlik transfer edib.

Goal.az xəbər verir ki, "şəhərlilər" 36 yaşlı qolkiperlə müqavilə imzalayaraq onun transfer hüququna yiyələnib. Müqavilənin müddəti açıqlanamayıb.

Qeyd edək ki, Leeds-in yetirməsi olan ingilis qolkiper 2019-cu ildən Manchester City-də icarə əsasında oynayırdı.