21/07/2021
12:27
1961
| A A A
Beqoviçin keçidi rəsmiləşdi

Everton Asmir Beqoviçlə müqavilə bağladığını rəsmən açıqlayıb.

Goal.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 34 yaşlı bosniyalı qapıçı ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Beqoviçin son klubun Çempionşip təmsilçisi Bournemouth olub.

O, 2019/20 mövsümünün ilk yarısını Qarabağ-da keçirib.