21/07/2021
12:58
3745
| A A A
Klyuvertin yeni klubu bilindi - RƏSMİ

Roma-nın vingeri Castin Klyuvert icarə əsasında Nice-nın şərəfini qoruyacaq.

Goal.az xəbər verir ki, Nice qarşıdakı mövsüm başa çatandan sonra Klyuvertin transfer hüquqlarına da yiyələnə bilər.

Qeyd edək ki, Patrik Klyuvertin oğlu olan Castin Roma-ya 2018-ci ildə Ajax-dan transfer olunmuşdu. Bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 68 matça çıxan niderlandlı "canavarlar"ın formasıyla 9 qol vurub.