22/07/2021
11:54
1787
| A A A
Porto Liverpool-un futbolçusunu transfer etdi

Porto heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Portuqaliya təmsilçisi ötən mövsümü icarə əsasında komandada çıxış edən Marko Qruyiçin transfer hüquqlarını Liverpool-dan alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Porto serbiyalı yarımmüdafiəçi üçün Mersisayd klubuna 12 milyon avro ödəyəcək. Qruyiçlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Qruyiç ötən mövsüm Porto ilə 39 oyunda 2 qol vurub