22/07/2021
13:26
2328
| A A A
Poqba klubunu dəyişə bilər

Manchester United-in ulduz futbolçusu Pol Poqba bu yay klubu tərk edə bilər.

Goal.az xəbər verir ki, fransız yarımmüdafiəçini PSG heyətinə qatmaq niyyətindədir.

Xəbərə görə, Paris təmsilçisi artıq futbolçunun meneceri Mino Rayola ilə danışıqlara başlayıblar. PSG hazırda Poqbanın tələb etdiyi məvacibi ödəyə biləcək azsaylı klublardan biridir.

Fransa təmsilçisi Poqba üçün Manchester United-ə 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 28 yaşlı futbolçunun "qırmızı şeytanlar"la müqaviləsi gələn il başa çatır.