22/07/2021
15:45
2244
| A A A
Qoretska klubunu dəyişə bilər

Bayern Münich-in futbolçusu Leon Qoretska klubu tərk edə bilər.

Goal.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Bayern 26 yaşlı yarımmüdafiəçinin sözləşməsini yeniləmək istəsə də, Qoretska ilə şərtlərdə razılığa gələ bilmir.

Qoretska ilə İspaniyanın Real, Barcelona və İngiltərənin Manchester United klubu yaxından maraqlanır.

Almaniya millisinin də üzvü olan Qoretskanın Bayern ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.