05/09/2021
19:35
2841
| A A A
Fenerbahçe-nin yeni transfer hədəfi

Fenerbahçe heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.



Goal.az xəbər verir ki, İstanbul təmsilçisi Estoril-dən Migel Krespo ilə razılaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 24 yaşlı yarımmüdafiəçinin bu gün Türkiyəyə gələcəyi bildirilib.

2019-cu ildən Estoril-də çıxış edən Migel bu mövsüm 5 oyunda 2 qol vurub.