06/09/2021
14:24
1133
| A A A
Galatasaray futbolçusunu icarəyə göndərdi

Galatasaray futbolçusu Emre Akbabanı icarəyə verib.

Goal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümünü Alanyaspor-da keçirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2018-ci ildən Galatasaray-da çıxış edən Emre Akbaba 2016 - 2018-ci illərdə də Alanya təmsilçisində oynayıb.