11/09/2021
12:59
3314
| A A A
İnter Barcelona-nın təklifini geri çevirib

Barcelona yay transfer pəncərəsində İnter-in futbolçusu Marselo Brozoviçi transfer etməyə çalışıb.

Goal.az xəbər verir ki, Kataloniya klubu 28 yaşlı yarımmüdafiəçinin keçidi üçün müdafiəçisi Emersonu təklif edib. Lakin tərəflər ortaq məxrəcə gəlməyiblər.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2015-ci ildən İnter-in formasını geyinir.