19/09/2021
16:41
2753
| A A A
Manchester City Barcelona-nın futbolçusuyla maraqlanır

Manchester City Barcelona-nın futbolçusu Ansu Fatiylə maraqlanır.

Goal.az xəbər verir ki, “şəhərlilər” 18 yaşlı hücumçunu transfer etmək niyyətindədir.

Manchester City bu yay Fatini transfer etmək üçün Barcelona-ya təklif göndərsə də, cavab “yox” olub. Premyer Liqa klubu qışda ispan futbolçunu heyətinə qatmaq üçün növbəti cəhdini edəcək.

Barcelona argentinalı hücumçu Lionel Messinin komandanı tərk etməsindən sonra 10 nömrəli formanı Fatiyə verib.